...

9 illik orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlanır

Cəmiyyət Materials 2 Avqust 2016 11:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə avqustun 2-dən avqustun 8‑dək internet vasitəsilə ixtisas seçimi elan edir.
9 illik orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlanır

Bakı. Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə avqustun 2-dən avqustun 8‑dək internet vasitəsilə ixtisas seçimi elan edir.

Komissiyadan Trend-ə verilən məlumata görə, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır. İmtahan nəticələrinə görə orta ixtisas təhsili müəs­sisə­lərinə qəbul olub qeydiyyatdan keçən abituri­yentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

İxtisas seçmək hü­ququ olan abitu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib www.eservices.tqdk.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birin­cisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları (bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları istisna olmaqla) yalnız TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən iyulun 9-dan 13-dək keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər. Bədən tərbiyəsi və idman istiqamətinin ixtisaslarını yalnız bu ixtisasların aid olduğu komissiya üzrə mayın 20-dən iyunun 2-dək eservices.tqdk.gov.az/erizetex/ qabiliyyet internet səhifəsində qeydiyyatdan keçən abituriyentlər seçə bilərlər.

Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti