...

Sürücülərin diqqətinə

Cəmiyyət Materials 4 Avqust 2016 13:31 (UTC +04:00)
Paytaxtın daha bir prospektində hərəkət məhdudlaşdırılır.
Sürücülərin diqqətinə

Bakı. Trend:

Paytaxtın daha bir prospektində hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsındə ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

Sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələrini tövsiyə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti