Bakı. Hüseyn Vəliyev - Trend:
Yeni tədris ilindən uşaqların məktəbdə fəaliyyəti ilə bağlı valideynlərin SMS vasitəsilə məlumatlandırılması xidmətinin bərpa ediləcəyi gözlənilir.
Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.
Mənbə bildirib ki, SMS-məlumatlandırma servisi yay tətili ilə əlaqədar dayandırılmışdı.
Xidmət şagirdin müvəffəqiyyəti barədə qısa mesajın valideynlərin mobil telefonlarına göndərilməsini nəzərdə tutur.