...

Təhsil Nazirliyi: "Məktəbli geyimlərinin alınması ilə bağlı məcburetmə tədbirləri tətbiq edilə bilməz"

Cəmiyyət Materials 8 Sentyabr 2016 17:12 (UTC +04:00)
Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib.
Təhsil Nazirliyi: "Məktəbli geyimlərinin alınması ilə bağlı məcburetmə tədbirləri tətbiq edilə bilməz"

Bakı. İlhamə İsabalayeva-Trend:

Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, valideynlər üçün məktəbli geyimlərinin alınması ilə bağlı məcburetmə tədbirləri tətbiq edilə bilməz:

“Valideynlərə üz tutaraq demək istəyirik ki. Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının valideynlər qarşısında müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”.

Xəbər lenti

Xəbər lenti