...

Bakı sakinləri! Avropanın sağlam həyat tərzi hərəkatına Siz də qoşulun!

Cəmiyyət Materials 15 Sentyabr 2016 16:40 (UTC +04:00)
Artıq ikinci ildir ki, Avropa Gimnastika İttifaqının təşəbbüsü ilə Avropa şəhərlərində eyni zamanda gimnastika və sağlam həyat tərzinə səsləyən əyləncəli fləşmob keçirilir.
Bakı sakinləri! Avropanın sağlam həyat tərzi hərəkatına Siz də qoşulun!

Bakı. Trend:

Artıq ikinci ildir ki, Avropa Gimnastika İttifaqının təşəbbüsü ilə Avropa şəhərlərində eyni zamanda gimnastika və sağlam həyat tərzinə səsləyən əyləncəli fləşmob keçirilir.

Ötən il Azərbaycanın gimnastika növləri üzrə yığma komandalarının üzvləri bu hərəkata həvəslə qoşulmuşlar.

Bu il isə, sevimli gimnastarınız Sizi - yaş fərqi olmadan bütün gimnastika həvəskarlarını, fiziki aktiv və şən olan hər bir kəsi - 17 sentyabr saat 13:00-da Milli Gimnastika Arenasının həyətində gözləyir.

Eyni vaxtda 1000 Avropa şəhərində keçiriləcək fləşmoba sən də qoşul!

Xəbər lenti

Xəbər lenti