...

Sabah "Dostluq" parkının ərazisinin qanunsuz alqı-satqısında təqsirləndirilənlərə hökm oxunacaq

Cəmiyyət Materials 19 Sentyabr 2016 17:58 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində "Dostluq" parkında torpaq sahələrinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynovun cinayət işi ürzə məhkəmənin növbəti prosesi keçirilib.
Sabah "Dostluq" parkının ərazisinin qanunsuz alqı-satqısında təqsirləndirilənlərə hökm oxunacaq

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Dostluq" parkında torpaq sahələrinin qanunsuz alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynovun cinayət işi ürzə məhkəmənin növbəti prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Vəkillər təqsirləndirilən şəxslərə bəraət istəyib və onların hadisədə günahsız olduqlarını bildiriblər.

Təqsirləndirilən şəxslər son söz deyib.

Məhkəmə müşavirəyə yollanıb. Sentyabrın 20-də təqsirləndiriləın şəxslərə hökm oxunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırıqdan sonra həmin parkdakı villaların sökülməsinə başlanılıb və cinayət işi açılıb.

Cinayət işi üzrə Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində işdə təqsirləndirilən, 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu istintaqa cəlb edilib. T.Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov həmin işə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti