...

Xidmət rəisi: Azərbaycan dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2016 16:07 (UTC +04:00)
9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir.
Xidmət rəisi: Azərbaycan dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir (FOTO)

Bakı. Trend:

9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, bunu Xidmət rəisi Firudin Nəbiyev BMT Baş Assambleyasının qaçqın və miqrantların böyük axınının aradan qaldırılması mövzusunda yüksək səviyyəli görüşündə çıxışında deyib.

F.Nəbiyev bildirib ki, Azərbaycanın məcburi köçkün məsələsinə verdiyi önəm və həssaslığının səbəbləri tam aydındır. Ermənistan tərəfindən ərazisinin işğalına görə ölkəmiz genişmiqyaslı məcburi köçürülmə problemi ilə üzləşib.

F.Nəbiyev qeyd edib ki, Azərbaycan öz doğma yerlərindən qovulmuş məcburi köçkünlərin bütün problemlərini öz üzərinə götürüb. Son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti