...

Azərbaycan daha bir yeni zirehli avtomobil istehsal edir (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2016 15:55 (UTC +04:00)
Azərbaycan şirkəti daha bir yeni zirehli avtomobil istehsal edəcək.
Azərbaycan daha bir yeni zirehli avtomobil istehsal edir (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan şirkəti daha bir yeni zirehli avtomobil istehsal edəcək.

Trend-in məlumatına görə, döyüş maşını tam zirehli avtomobildir. Şəxsi heyətin daşınması üçün nəzərdə tutulsa da, avtomobildə müxtəlif silahlar da quraşdırmaq mümkündür. Maşının çəkisi 17 tondur.

Döyüş maşını tank əleyhinə mina partlayışına davamlıdır. 20 kilometr məsafədə hərəkəti tutur və müəyyən edir. Zirehli avtomobil iki modeldə istehsal ediləcək. Avtomobil üzərində quraşdırılan pulemyot hədəfi müəyyənləşdirərək 2000 metrdə nişan alıb avtomatik atəş açmaq qabiliyyətinə malikdir.

Hər iki döyüş maşınının istehsalçısı olan AZCAN Azərbaycan-Kanada birgə müəssisəsidir. Şirkət 2016-cı ilin sonundan Azərbaycanda fəaliyyətə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti