...

Milli Parkın ərazisində top mərmiləri tapıldı (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2016 18:26 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən sentyabrın 30-da Füzuli və Salyan rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
Milli Parkın ərazisində top mərmiləri tapıldı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən sentyabrın 30-da Füzuli və Salyan rayonlarındaaşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Füzulinin Alıxanlı ərazisində əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış tank əleyhinə mina (TM-57) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 300 kv.m ərazi yoxlanılıb.

Salyan rayonunda Şirvan Milli Parkı ərazisində 5 ədəd partlamamış hərbi sursat (4 ədəd 122 mm-lik top mərmisi (BR-462) və 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) aşkar edilərək götürülüb, nəticə etibarilə 2 500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 30 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 513 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti