...

“SAY: Volunteerinq Festival”ı başa çatdı (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2016 17:34 (UTC +04:00)
“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsi sona çatdı.
“SAY: Volunteerinq Festival”ı başa çatdı (FOTO)

Bakı. Trend:

“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsi sona çatdı.

Trend-in məlumatına görə, layihə müddətində birinci gün gənclər Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edib,respublikamızda geniş vüsət alan könüllülük hərəkatının əhəmiyyətindən danışıb, layihə iştirakçılarına uğurlar arzulayıblar. Layihənin ikinci günü təlimçilər iştirakçılarla görüşüb "Könüllü Birliklərinin Komanda quruculuğu", "Effektiv ünsiyyət vasitələri" kimi mövzularda təlim keçiblər.

Gənclər Səmti Müəyyən Etmə İdman Federasiyası milli komandasının üzvü, təlimçi Şəhriyar İsmayılovun "Səmti Müəyyən Etmə" təlimində olduqdan sonra praktiki hissədə labirint oyununda mübarizə aparıblar.Layihənin üçüncü gününün birinci hissəsində isə gənclər dağa yürüş təşkil ediblər.Gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüş zamanı gəncləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib. Layihənin 4-cü günü Bakı 2017 Əməliyyat Komitəsinin rəhbəri Elçin Səfərov ilə görüş olub və gənclər onları maraqlandıran suallar haqqında ətraflı cavab alıblar.

Sonra isə Azərbaycan Atıcılıq Federasiyası gənclər üçün bir sıra təlim məşq tədbirləri həyata keçirib. Layihə zamanı gənclərin Kədərlə andığı, işğal altında olan Xocavənd rayonu ilə bağlı videoçarx hazırlanıb və təqdim olunub. Layihənin sonuncu günü isə “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsinin bağlanış mərasimi olub və iştirakçılar şəhadətnamə ilə təltif olunublar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti