...

Filipp Kirkorov yeni "Mən" şousu ilə Baku Crystal Hall-da (VİDEO)

Cəmiyyət Materials 4 Oktyabr 2016 17:29 (UTC +04:00)
Bu yay “Jara” Beynəlxalq Musiqi Festivalında böyük uğurla çıxış etmiş Rusiyanın xalq artisti Filipp Kirkorov dünya turnesi çərçivəsində dekabrın 10-da “Crystall Hall”da yeni “Mən” şousunu təqdim edəcək.
Filipp Kirkorov yeni "Mən" şousu ilə  Baku Crystal Hall-da (VİDEO)

Bakı. Trend:

Bu yay “Jara” Beynəlxalq Musiqi Festivalında böyük uğurla çıxış etmiş Rusiyanın xalq artisti Filipp Kirkorov dünya turnesi çərçivəsində dekabrın 10-da “Crystall Hall”da yeni “Mən” şousunu təqdim edəcək.

Trend-in məlumatına görə, “Mən” şousunun premyerası 2016-cı ilin martında Moskvadakı Dövlət Kreml Sarayında, ardından isə Rusiyanın bir çox şəhərlərində və xaricdə baş tutub.

Turne F.Kirkorovun 50 illik yubileyinə həsr olunub. Tamaşa təkcə Azərbaycan deyil, həm də dünya pop səhnəsi üçün misilsizdir. Bu şou tamaşaçılara Filippin daxili dünyasını, onun arzularını və fikirlərini göstərəcək. Məhz buna görə də şou “Mən” adlanır. Teatrlaşdırılmış proqram dolğunluq vəd edir: müğənni bir çox yeni mahnılar ifa edəcək, köhnə hitlər isə yeni aranjimanda səsləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti