...

Təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib

Cəmiyyət Materials 14 Oktyabr 2016 12:07 (UTC +04:00)
Təhsil Nazirliyində təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.
Təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Oktyabrın 14-də Təhsil Nazirliyində təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdən öncə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Mükafatların təqdim olunma mərasimdə təhsil naziri Mikayıl Cabbarov, nazir müavinləri Ceyhun Bayramov, Firudin Qurbanov və KİV nümayəndələri iştirak ediblər.

M.Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən bir qrup təhsil işçisini təbrik edib: "Bu sərəncamlar ölkə Prezidentinin təhsil sahəsinə olan diqqət və qayğısının bariz nümunəsidir".

Artıq bir neçə ildir ki, müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparıldığını bildrən M.Cabbarov müəllim peşəsinin nüfuzunun artırılması, müəllimlərin yüksək biliyə sahib olması, habelə pedaqoji təhsilə bilikli gənclərin cəlb edilməsi ilə bağlı tətbiq olunan mexanizmlərdən danışıb: "Son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində müəllimlik peşəsini seçən yüksək ballı məzunların sayı xeyli artıb".

Mərasimdə təltif olunan müəllimlər təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi
yetişdirilməsi işində əzmlə çalışacaqlarını qeyd ediblər.

Sonda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti