...

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Cəmiyyət Materials 25 Oktyabr 2016 16:55 (UTC +04:00)
Azərbaycanın Baş Prokurorluğunun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib.
Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Bakı. Trend:

Azərbaycanın Baş Prokurorluğunun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-21-də Tbilisidə Avropa İttifaqının TAİEX texniki yardım aləti çərçivəsində Gürcüstanın Daxili İşlər Nazirliyi Akademiyasının təşəbbüsü ilə “Cinayətkarlığın qarşısının alınmasında psixoloji dəyərləndirmənin rolu” mövzusunda seminar keçirilib.

Böyük Britaniya, Norveç, İsveç və digər ölkələrin ekspertlərinin qatıldığı tədbirdə Gürcüstanın Daxili İşlər Nazirliyi Akademiyasının rektoru, Avropa İttifaqının Gürcüstandakı nümayəndəsi və digər şəxslər ətraflı çıxış edib, həmin ölkələrdən olan mütəxəssislərin tədqiqatlarının nəticələri təqdim edilib. Seminar çərçivəsində psixoloqların Gürcüstanın hüquq mühafizə sistemindəki rolu, qəsdən adam öldürmə cinayəti törətmiş şəxslərin psixi xüsusiyyətləri və tətbiq olunan preventiv tədbirlər, azyaşlıların cinayət törətməsinə təsir edən psixi və sosial amillər geniş müzakirə olunub.

Tədbirdə iştirak edən Azərbaycanın Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin prokuroru Kamran Həsənov “Azyaşlıların cinayət törətməsinə təsir edən psixi və sosial amillər” mövzusunda çıxış edərək, Azərbaycan Respublikasının qanunvericiliyində azyaşlıların ibtidai istintaq və məhkəmə baxışı zamanı hüquqlarının etibarlı şəkildə qorunmasını təmin edən normaların olmasını, ölkəmizdə yuvenal ədliyyənin inkişafının diqqət mərkəzində saxlanıldığını və bu sahədə beynəlxalq əməkdaşlığa önəm verildiyini xüsusi vurğulayıb.

Seminar iştirakçıları Gürcüstan Daxili İşlər Nazirliyinin Akademiyasının tədris prosesi ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti