...

"Azərbaycanın İntellektual BİRincisi" layihəsi davam edir (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2016 13:50 (UTC +04:00)
Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual BİRincisi" layihəsi davam edir.
"Azərbaycanın İntellektual BİRincisi" layihəsi davam edir   (FOTO)

Bakı. Trend:

Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual BİRincisi layihəsi davam edir.

"İrəli" İctimai Birliyindən Trend-ə verilən məlumata görə, “Azərbaycanın İntellektual Birincisi” layihəsinin Abşeron, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt turniri, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə Mingəçevir turniri keçirilib.

Açılış mərasimindən sonra 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") oyunlarına start verilib.Sumqayıt şəhərində keçirilən regional seçim turunda "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı" intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar.

Mingəçevir şəhərində keçirilən regional seçim turunda "Nə? Harada? Nə zaman?", "Axtar-tap" intellektual oyunlarında Mingəçevir şəhəri, "Vətəni Tanı" intellektual oyununda Zərdab rayonu, “Xəmsə” intellektual oyununda Ağdaş rayonunun gənc intellektualları qalib olublar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti