...

"Azərbaycanın İntellektual Birincisi" davam edir (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2016 14:05 (UTC +04:00)
"İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual Birincisi” layihəsi davam edir.
"Azərbaycanın İntellektual Birincisi" davam edir  (FOTO)

Bakı. Trend:

"İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual Birincisi” layihəsi davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəmkir turniri, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba turniri keçirilib.

“Azərbaycanın İntellektual Birincisi” layihəsinin açılış mərasimindən sonra 4 intellektual oyuna("Xəmsə","Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") start verilib. Sumqayıt şəhərində keçirilən regional seçim turunda "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "VətəniTanı" intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar.

Quba rayonunda keçirilən regional seçim turunda "Xəmsə", "Axtar-tap" intellektual oyunlarında Quba rayonu, "Vətəni Tanı" intellektual oyununda Xaçmaz rayonu, "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında Şabran rayonunun gənc intellektualları qalib olublar.

Şəmkir rayonunda keçirilən regional seçim turunda "Vətəni Tanı", "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında Samux rayonu, "Axtar-tap" intellektual oyununda Tovuz rayonu, "Xəmsə" intellektual oyununda Göygöl rayonunun gənc intellektualları qalib olublar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.

Qeyd edək ki, Dağlıq Qarabağ və Bakı şəhəri rayonları 10-nu və 11-i tarixlərində yarışacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti