...

"Azərişıq": Hava şəraiti ilə əlaqədar elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb

Cəmiyyət Materials 9 Dekabr 2016 12:46 (UTC +04:00)
Dekabrın 8-də qarlı və küləkli hava şəraiti ilə əlaqədar ölkədə elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb.
"Azərişıq": Hava şəraiti ilə əlaqədar elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb

Bakı. Samir Əli - Trend:

Dekabrın 8-də qarlı və küləkli hava şəraiti ilə əlaqədar ölkədə elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb. Bu barədə Trend-ə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, dekabrın 8-də səhər saatlarından qurumun əməkdaşları 24 saat xidmət apararaq abonentləri dayanıqlı elektrik enerjisi ilə təmin ediblər.

T.Mustafayev əlavə edib ki, hava şəraitinin qəfil pisləşməsinə baxmayaraq, ölkə ərazisində heç bir yerdə ciddi problem yaranmayıb: "Gün ərzində hava şəraiti ilə bağlı bəzi yerlərdə yaranmış problem dərhal aradan qaldırılıb. Hazırda ölkə ərazisində bütün abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti