Bakı. Samir Əli - Trend:
Bakının Sabunçu rayonunda uçqun hadisəsi baş verib.
Trend-in məlumatına görə,rayonun Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində baş verən hadisəyə güclü külək səbəb olub. Küləyin gücündən yol kənarındakı hasar uçub, nəticədə ərazidə xidmət aparan “Azəriqaz”İB-nin 3 əməkdaşı Ədalət Əliyev, Natiq Mustafayev və Hücaət Hüseynov xəsarət alıb.
Xəsarət alanlar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ağır kəllə beyin travması alan H.Hüseynov xəstəxananın reanimasiya şöbəsinə, digər yaralılar - Ə.Əliyev ayağın sınığı və əziyi, N.Mustafayev isə bədənin çoxsaylı əziyi ilə palatalara yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.