...

Tərtərin "İntellektual gənclər"i bəlli oldu (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2016 11:08 (UTC +04:00)
"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsinə start verilib.
Tərtərin "İntellektual gənclər"i bəlli oldu (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsinə start verilib.

Təşkilatın ictimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, 14 dekabr 2016-cı il tarixdə Tərtər rayonunda gənclər arasında milli mövzuları əhatə edən suallardan ibarət paketlə “Xəmsə” intellektual oyun növü üzrə yarış keçirilib.

Tədbir Tərtər rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə baş tutub.

Tədbirdə iştirak edən Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov tədbiri açıq elan edib, intellektual oyunların əhəmiyyətindən söz açıb və iştirakçılara uğurlar arzulayıb. Layihə komandası tərəfindən start verilən turnirə mərkəz və kənd gənclərindən ibarət 8 komanda qatılıb. Gərgin mübarizə şəraitində baş tutan intellektual turnirdə müvafiq olaraq "Victory" komandası I, "Special team" komandası II, "Xəmsə" komandası isə III yerin sahibi olub. Qaliblər diplomlarla təltif olunublar.

Layihə Azərbaycançılıq ideyalarının təbliği və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından önəmli xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti