...

Bakıda Şaxta baba və Qar qız olmaq üçün 9 cütlük müraciət edib

Cəmiyyət Materials 21 Dekabr 2016 07:52 (UTC +04:00)
Bakıda yeni il şənlikləri ilə bağlı Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün 9 cütlük Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinə müraciət edib.
Bakıda Şaxta baba və Qar qız olmaq üçün 9 cütlük müraciət edib

Bakı. Samir Əli - Trend:

Bakıda yeni il şənlikləri ilə bağlı Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün 9 cütlük Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinə müraciət edib.

Bu barədə Trend-ə Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, hazırda Departamentdə müraciətlər araşdırılır:

"Bu gündən başlayaraq onların fəaliyyətinə icazə veriləcək. Müraciətlərin yaxın günlərdə artacağı da gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti