...

Xocalıya həsr olunmuş müsabiqə davam edir (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2017 12:49 (UTC +04:00)
Xocalıya həsr olunmuş müsabiqə davam edir  (FOTO)

Bakı. Trend:

“Xocalısız 25 il” mövzusunda keçirilən rəsm-sərgi müsabiqəsi davam edir. Müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir.

İdarədən Trend-ə verilən məlumata görə, müsabiqənin əsas məqsədi Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən müsabiqədə 3 yaş qrupu üzrə (6-9, 10-14 və 15-18 yaşlı) uşaq və gənclər iştirak edir.

Müsabiqənin I mərhələsi fevralın 20-də başa çatacaq. I mərhələdə fərqlənən rəsm işləri müsabiqənin II – Bakı şəhər mərhələsinə təqdim olunacaq. Müsabiqənin şəhər mərhələsində hər yaş qrupu üzrə 3 qalib seçiləcək.

Qaliblər müəyyənləşdirilərkən rəsmin verilmiş mövzuya uyğunluğu, orijinallığı, yaradıcılıq üslubu, işin görülmə keyfiyyəti nəzərə alınacaq.

Müsabiqənin qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti