...

Xəbərdarlıq: Bu ərazidə avtomobil saxlamaq olmaz

Cəmiyyət Materials 7 Aprel 2017 16:11 (UTC +04:00)
Bakı Şəhər Halqasının paytaxt sakinlərinə müraciət edib.
Xəbərdarlıq: Bu ərazidə avtomobil saxlamaq olmaz

Bakı. Trend:

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, aprelin 7-i axşam saatlarından etibarən Əziz Əliyev küçəsində yolun kənarına baryerlərin quraşdırılmasına start veriləcək. Burada quraşdırma işləri nəqliyyat hərəkətinin sıx olmadığı saatlarda (22:00-dan 06:00-dək) aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti