...

Rektor: Bakı Mühəndislik Universitetinə daha çox ölkədə tələbat duyulan mühəndislik ixtisasları üzrə qəbul aparılacaq

Cəmiyyət Materials 28 Aprel 2017 16:02 (UTC +04:00)
Bu il Bakı Mühəndislik Universitetinə daha çox ölkədə tələbat duyulan mühəndislik ixtisasları üzrə qəbul aparılacaq
Rektor: Bakı Mühəndislik Universitetinə daha çox ölkədə tələbat duyulan mühəndislik ixtisasları üzrə qəbul aparılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Bakı Mühəndislik Universitetinə daha çox ölkədə tələbat duyulan mühəndislik ixtisasları üzrə qəbul aparılacaq.

Trend-in məlumatına görə, bunu Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin ixtisaslara istehsalat müəssisələrində daha çox tələbat var.

Rektor qəbul aparılacaq 13 belə ixtisasın olduğunu söyləyib: “Hazırda logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ölkə üçün çox vacib sahədir. İnşaat profilli – memarlıq, inşaat mühəndisliyi, mexanika, maşın mühəndisliyi, istehsal proseslərinin avtomatlaşdırılması, sənaye mühəndisliyi, ekolgiya mühəndisliyi kimi yeni ixtisaslar da açılır”.

H.Məmmədov deyib ki, bununla yanaşı, hazırda universitetdə iqtisadi profilli 6 ixtisas üzrə təhsil davam etdiriləcək. Pedaqoji ixtisaslara qəbul isə bu ildən dayandırılıb. Pedaqoji ixtisaslar üzrə hazırda təhsil alan tələbələr isə təhsillərini davam etdirəcəklər: “Hələlik iqtisadi profilli olmayan müəllim heyəti 4 il bizimlə işlərini davam etdirəcək. Bizim universitetdə təhsil 4 illik, ingilis dilli təhsil isə 5 illikdir. Təbii ki, gələcəkdə mühəndislik ixtisası üçün xarici dil bilikli müəllimlərin biliyindən istifadə edəcəyik”.

H.Məmmədov əlavə edib ki, yeni ixtisasların tədris olunması üçün lazım olan kadrların cəlb olunması ilə bağlı Təhsil Nazirliyi ilə birgə iş aparılır.

Xəbər lenti

Xəbər lenti