...

Azərbaycanda gənclərin narkotik vasitələrə aludəçiliyinə qarşı yeni mübarizəyə başlanılır

Cəmiyyət Materials 1 May 2017 11:58 (UTC +04:00)
Azərbaycanda gənclər arasında narkotik vasitələrə aludəçiliyə qarşı mübarizə aparmaq üçün yeni maarifləndirici layihəyə start verilib.
Azərbaycanda gənclərin narkotik vasitələrə aludəçiliyinə qarşı yeni mübarizəyə başlanılır

Bakı. Trend:

Azərbaycanda gənclər arasında narkotik vasitələrə aludəçiliyə qarşı mübarizə aparmaq üçün yeni maarifləndirici layihəyə start verilib.

“Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant layihəsi çərçivəsində “Ağ ölüm - narkomaniya öldürür” adlı sosial çarx çəkiləcək. Sosial çarxda gənclərin narkotik vasitələrdən əl çəkməsi üçün düşündürücü və maarifləndirici süjet yer alacaq.

İctimai Birlik hesab edir ki, narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaradır. Onları bu vərdişlərdən yayındırmaq üçün maarifləndirici tədbirlərə ehtiyac var.

Layihənin sonunda videoçarx ictimaiyyətə təqdim olunacaq və sosial şəbəkələrdə, mətbuatda yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti