...

Nazir “Son zəng” tədbirlərinin necə keçiriləcəyindən danışdı

Cəmiyyət Materials 7 İyun 2017 12:02 (UTC +04:00)
Təhsil naziri Mikayıl Cabbarov iyunun 14-də “Son zəng” tədbirlərinin hansı formada keçiriləcəyini açıqlayıb.
Nazir “Son zəng” tədbirlərinin necə keçiriləcəyindən danışdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Mikayıl Cabbarov iyunun 14-də “Son zəng” tədbirlərinin hansı formada keçiriləcəyini açıqlayıb.

Trend-in məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, son illərdə olduğu kimi “Son zəng” tədbirlərinin keçirilməsinə dair bütün zəruri olan məlumatlar Təhsil Nazirliyi və yerlərdə fəaliyyət göstərən şəhər və rayon təhsil şöbələri tərəfindən məktəblərə təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti