...

Bəzi bölgələrə düşən yağıntının miqdarı 50 mm olub

Cəmiyyət Materials 13 İyun 2017 10:56
İyunun 12-si gündüzdən 13-ü səhərədək müşahidə olunmuş faktiki hava ilə baölı məlumat açıqlanıb.
Bəzi bölgələrə düşən yağıntının miqdarı 50 mm olub

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 12-si gündüzdən 13-ü səhərədək müşahidə olunmuş faktiki hava ilə baölı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.

Yağan leysan yağış nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb. İyunun 12-də axşam saatlarında Kirəndə (Tovuz) dolu düşüb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-3, Böyük Qafqazda 2-16, bəzi yerlərdə 17-50, Qazax-Gəncə zonasında 2-21, Kiçik Qafqazda 4-7, Mərkəzi-Aran rayonlarında 1-8 mm təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti