...

İmişlinin kəndində yeni tibb məntəqəsi sakinlərin ixtiyarına verilib

Cəmiyyət Materials 29 İyun 2017 17:08 (UTC +04:00)
Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində İmişli rayonunun Şahverdililər kəndinin sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.
İmişlinin kəndində yeni tibb məntəqəsi sakinlərin ixtiyarına verilib

Bakı. Trend:

Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində İmişli rayonunun Şahverdililər kəndinin sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat və Səhiyyə nazirlikləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

USAID-in Missiya Direktoru xanım Mikaela Meredis qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi adından ümid edirəm ki, bu yeni tibb məntəqəsi icmanızın təcili tibbi ehtiyaclarınızı ödəyəcək, habelə sizin və yaxınlarınızın həyatını yaxşılaşdıracaq.

Şahverdililər kəndinin sakinləri yerli və regional hökumət orqanları ilə işləyərək, köhnə bir otaqlı məntəqəni icmanın tibbi xidmətlərə ehtiyacını qarşılaya biləcək yeni tibb məntəqəsi ilə əvəzləyiblər. Bir müayinə otağından və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Şahverdililər kəndinin 1,500-dən çox sakininin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq.

Ümumilikdə, EWMI Azərbaycanın 86 icmasında 148,000-dən artıq insanın faydalana biləcəyi 98 icma layihəsi həyata keçirib. USAID-in SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti