Bakı. Trend:
Sürücülərə ara məsafəsinin düzgün seçilməsi ilə bağlı yeni təklif verilib.
Trend Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir ki, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. Yəni hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən asılı olaraq müəyyən edilməlidir.
Ekspertlər avtomobillər arasında ara məsafəsinin düzgün seçilməsi ilə bağlı sürücülərə kömək ola biləcək bir neçə üsul təklif edirlər. Bu üsullardan biri də “2 saniyə” qaydasıdır.
Qeyd edək ki, təkcə ara məsafəsinin düzgün təyin edilməməsi səbəbindən gün ərzində çox sayda avtomobil qəzası baş verir.