...

Tovuzdakı qəzada xəsarət alanların adları məlum oldu - TAM SİYAHI

Cəmiyyət Materials 9 Sentyabr 2017 12:38 (UTC +04:00)
Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alan 5 nəfərin adları məlum olub.
Tovuzdakı qəzada xəsarət alanların adları məlum oldu - TAM SİYAHI

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alan 5 nəfərin adları məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar - 1981-ci il təvəllüdlü Bəhmənov Nəsib Mansur oğlu, 1987-ci il təvəllüdlü Qasımov Bağban İlham oğlu, 1978-ci il təvəllüdlü İbadov Asif Əmir oğlu, Vüqar Həsənli və Sədi Nəsibovdur. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda yaralılardan V.Həsənli və S.Nəsibovun vəziyyəti kritikdir.

Qeyd edək ki, bu gün səhər saatlarında Tovuz rayonu ərazisində 60-BN-016 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Avtomobildə olan və xəsarət alanlar dərman firmasının işçiləridir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti