Bakı. Trend:
Qara çay çəki azalmasına və bağırsaqların mikroflorasının işinin yaxşılaşmasına səbəb olur.
Trend-in məlumatına görə, bu barədə Kaliforniya Universitetinin mütəxəssislərinin tədqiqatları nəticəsində məlum olub.
Qeyd olunur ki, qara çayın tərkibində olan maddələr bağırsağın mikroflorasına yaxşı təsir edir. Bu da öz növbəsində insan səhhətinə müsbət təsir göstərir və çəkinin azalmasına imkan yaradır.