...

DİQQƏT: Bu yol qovşağında hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 18 Oktyabr 2017 10:29 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti