...

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb

Cəmiyyət Materials 20 Oktyabr 2017 17:37 (UTC +04:00)
ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin davam etdiyi 25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb
25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin davam etdiyi 25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “EducationUSA” təhsil yarmarkasında deyib.

Səfir qeyd edib ki, builki yarmarkada ABŞ-dan 11 müxtəlif tədris müəssisəsinin nümayəndələri iştirak edib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələr ABŞ-da əsasən incəsənət, xarici dillər, texnologiya, neft-qaz kimi sahələrdə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti