...

Azərbaycana gəlmək üçün onlayn viza almaq istəyənlər daha çox İran turistləridir

Cəmiyyət Materials 2 Noyabr 2017 10:34 (UTC +04:00)
Son məlumatlara görə, Azərbaycanda "Asan Viza" almaq üçün ən çox müraciətlər İran turistlərindən daxil olub.
Azərbaycana gəlmək üçün onlayn viza almaq istəyənlər daha çox İran turistləridir

Bakı. İlhamə İsabalayeva - Trend:

Son məlumatlara görə, Azərbaycanda "Asan Viza" almaq üçün ən çox müraciətlər İran turistlərindən daxil olub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Viza Departamentinin direktoru İsmayıl Əbdüləzimov bildirib.

O qeyd ki, "ASAN Viza" almaq üçün indiyə kimi 237 832 müraciət daxil olub. Müraciət edənlərin 8151 nəfəri səhv məlumat təqdim etdiyinə görə onlara imtina cavabı verilib. Lakin məlumatlar yeniləndikdən sonra müraciətlərə yenidən baxılıb və viza təqdim olunub:

"ASAN Viza" həmçinin, ölkəyə qrup şəklində gələn turistlərə də təqdim olunur. "ASAN Viza"nın alınması müddəti standart olaraq 3 gün, təcili olduqda isə 3 saatdır. Standart vizanın dəyəri 20 dollar, təcili vizanın qiyməti isə 23 dollardır. ASAN Viza xidməti www.evisa.gov.az saytı vasitəsi ilə 24 saat aktivdir".

Qeyd edək ki, “ASAN Viza” sistemi Azərbaycan Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

Həmçinin, “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti