...

Tsiskaridzedən master-klas (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2017 23:06 (UTC +04:00)
Bu gün, A.Y. Vaqanova adına Rus Balet Akademiyasının elmi-şurasının sədri və rektoru, Rusiyanın xalq artisti Nikolay Maksimoviç Tsiskaridze Milli Gimnastika Arenasında qonaq olub
Tsiskaridzedən master-klas (FOTO)

Bakı. Trend:

Bu gün, A.Y. Vaqanova adına Rus Balet Akademiyasının elmi-şurasının sədri və rektoru, Rusiyanın xalq artisti Nikolay Maksimoviç Tsiskaridze Milli Gimnastika Arenasında qonaq olub.

Trend-ə Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ölkəmizə ilk dəfə səfər etmiş dünyaca məşhur baletmeystr bədii gimnastika üzrə yığma komandanın üzvləri ilə görüşərək, onlara klassik baletin ən incə məqamlarını izah edib. Gimnastlarımız əsl sənətkardan dərs almağın həyəcan və sevinc hisslərini eyni anda yaşayıblar.

Ustad dərslərində yaxından iştirak edən gimnastika növləri üzrə yığma komandalarımızın xoreoqraflarının suallarına səmimiyyətlə cavab verən Tsiskaridze, sonda bütün komanda heyəti ilə xatirə şəkilləri çəkdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti