...

Həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 26 Noyabr 2017 12:28 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşama doğru bəzi şərq rayonlarında yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti