...

Üzü cavan saxlamağın ucuz və təhlükəsiz yolu budur

Cəmiyyət Materials 9 Yanvar 2018 22:43 (UTC +04:00)
ABŞ-ın İllinoys Universitetindən bir qrup mütəxəssis bahalı kosmetik əməliyyata ehtiyac olmadan üzü cavan saxlamağın üsulunu tapıblar.
Üzü cavan saxlamağın ucuz və təhlükəsiz yolu budur

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-ın İllinoys Universitetindən bir qrup mütəxəssis bahalı kosmetik əməliyyata ehtiyac olmadan üzü cavan saxlamağın üsulunu tapıblar.

Trend-in məlumatına görə, mütəxəssislərin fikrincə, bunun üçün gün ərzində yarım saat üz gimnastikası yerinə yetirmək kifayətdir.

Bununla bağlı təcrübələr 20 həftə müddətində 40-65 yaş arası qadınlar üzərində aparılıb.

Təcrübə müddətinin əvvəlki həftələrində qadınlar mimika ilə bağlı 32 növ hərəkət yerinə yetirib, daha sonra 30 dəqiqəlik üz gimnastikası edib.

Qeyd olunur ki, bu müddət başa çatdıqdan sonra qadınların üz cizgiləri təcrübədən əvvəlki dövrlə müqayisədə iki yaş daha cavan görünüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti