...

Müstəntiq: Sumqayıtda zərərçəkən ermənilərin əksəriyyəti "Krunk" cəmiyyətinə maddi vəsait köçürməkdən imtina edənlər olub

Cəmiyyət Materials 22 Fevral 2018 10:37 (UTC +04:00)
Sumqayıtda zərərçəkən ermənilərin əksəriyyəti "Krunk" cəmiyyətinə maddi vəsait köçürməkdən imtina edənlər olub.
Müstəntiq: Sumqayıtda zərərçəkən ermənilərin əksəriyyəti "Krunk" cəmiyyətinə maddi vəsait köçürməkdən imtina edənlər olub

Bakı. Samir Əli - Trend:

Sumqayıtda zərərçəkən ermənilərin əksəriyyəti "Krunk" cəmiyyətinə maddi vəsait köçürməkdən imtina edənlər olub.

Trend-in məlumatına görə, bunu Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə İstintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev deyib.

Onun sözlərinə görə, istintaq zamanı müəyyən edilib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrdə fəal iştirak edənlərdən biri dəfələrlə məhkum edilmiş, milliyətcə erməni Qriqoryan Eduard Robertoviç adlı Sumqayıt şəhər sakini olub. Eduard Qriqoryan öz ətrafında adamları çəmləşdirib onlara rəhbərlik edərək, “Ermənilərə ölüm”, “Ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib:

“İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz erməni millətindən olan zərəçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrələrinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsi və zorlanmasına görə məhkum olmuş Eduard Qriqoryan 22 dekabr 1989-cu ildə hökm oxunduqdan sonra SSRİ mövcud olduğu zaman - 26 avqust 1991-ci ildə Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı dırnaqarası xidmətlərə görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 09.02.2015-ci il tarixdə Eduard Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri sesilməklə barəsində axtarış verilib”.

N.Mirzəyev bildirib ki, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlər kütləvi şəkildə çıxarılıb: “Müəyyən edilib ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət göstərilən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143.064 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində həmçinin müəyyən edilib ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib”.

Böyük müstəntiq qeyd edib ki, istintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaitinin köçürülməsi müəyyən edilib: “Aparılmış istintaqla o da müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürüblər. Şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri demək olar ki, hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan müsiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürürdülər”.

İstintaq-əməliyyat qrupunun üzvü əlavə edib ki, SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğu, həmçinin RF, Ukrayna, Belarusun müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra edib, aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib, istintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində, demək olar, istintaq hərəkətləri aparmayıb, onların ifşa olunmasında maraqları olmayıb və buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb edib, azərbaycan milliyyətindən olan müstəntiqləri əsas istintaq hərəkətlərinin icrasından kənarda saxlamağa çalışıblar, onlar əsasən texniki işlərin aparılması ilə məşğul olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti