...

Binəqədi rayonunda “İlk dəfə səs verirəm!” mövzusunda maarifləndirici tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Mart 2018 15:12 (UTC +04:00)
Səsvermə prosesi, onun hüquqi əsasları və tənzimlənməsi məsələləri gənclərə izah edilib
Binəqədi rayonunda “İlk dəfə səs verirəm!” mövzusunda maarifləndirici tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Prezident yanında Bilik Fondu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 05 mart 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Prezidentin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.3-cü (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) maddəsinin icrasına uyğun olaraq “İlk dəfə səs verirəm!” mövzusunda maarifləndirici tədbir keçirilib.

İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə BRİH başçısının müavini Aygün Əliyeva, Prezident Adminstrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, 8 saylı DSK-nın sədri Natiq Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri (təlimçi - ekspert) Fəxrəddin Nağıyev, ilk dəfə səs verəcək rayon gəncləri, ASAN könüllüləri iştirak edib.

Tədbir rəsmi və nəzəri-praktiki olmaqla 2 hissədə təşkil edilib. BRİH başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq, qonaqları və ilk dəfə səs verən gəncləri salamlayıb. Sonra çıxış edən natiqlər: Kənan Firdovsioğlu, İsaxan Vəliyev, Raqif Abbasov gənclərə Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsi ilə müəyyən edilmiş seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq nümayiş etdirməyi tövsiyə ediblər.

8 saylı DSK-nın sədri Natiq Əliyev isə çıxışında ümumilikdə Binəqədi rayonunda seçki ərəfəsində görülən işlər, seçkiyə hazırlıq prosesi, seçici siyahılarının hazırlanması haqqında ətraflı məlumat verib.

Sonra 18 yaşı səsvermə günü - 11 aprel 2018-ci il tarixində tamam olacaq gənclərə xatirə hədiyyələri təqdim edilib və tort kəsilib.

Təlimin nəzəri hissəsində təlimçi-ekspert Fəxrəddin Nağıyev çıxış edərək səsvermə prosesi, onun hüquqi əsasları və tənzimlənməsi məsələlərini gənclərə izah edib, mövzu ətrafında gənclərin suallarını cavablandırıb.

Praktiki hissədə səsvermə ilə bağlı 8 saylı DSK-nın sədri Natiq Əliyev çıxış edərək səsvermə prosesinin bütün mərhələlərini gənclərə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti