...

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 12 Mart 2018 09:50 (UTC +04:00)
DİM tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə təkrar elektron sınaq imtahanı* keçiriləcək.
Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Bakı. İlhamə İsbalayeva - Trend:

DİM tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə təkrar elektron sınaq imtahanı* keçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 17 mart saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 17 mart 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.

*Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti