...

“Azərsu” Heydər Əliyevin 95 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 10 May 2018 17:49 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ağacəkmə aksiyası keçirilib.
“Azərsu”  Heydər Əliyevin 95 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ağacəkmə aksiyası keçirilib.

“Azərsu”dan Trend-ə verilən məlumata görə, Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ağacəkmə kampaniyasında müxtəlif növdə 1000-dən çox ağac əkilib, yaşıllıqlar salınıb. Ağacəkmə tədbirində Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin kollektivləri fəal iştirak edib.

“Azərsu” ASC ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir. Y

aşıllaşdırma tədbirləri çərçivəsində son illər cəmiyyətin idarə və müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 450 hektar yaşıllıq sahəsi yaradılıb. 195 minə qədər müxtəlif növ ağac və kol bitkiləri, 570 mindən çox mövsümi gül əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti