...

DİQQƏT! Ölkədə TV və radio yayımı dayandırılacaq - İyunun 11-də

Cəmiyyət Materials 1 İyun 2018 15:49 (UTC +04:00)
Azərbaycanın efir məkanında iyun ayının 11-i kompleks profilaktika keçiriləcək
DİQQƏT! Ölkədə TV və radio yayımı dayandırılacaq - İyunun 11-də

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın efir məkanında iyun ayının 11-i kompleks profilaktika keçiriləcək.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub. Birinci kompleks profilaktika fevralın 5-i keçirilib. Növbəti profilaktikalar sentyabrın 3-ü və dekabrın 3-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti