...

İmişlidə karxanada traktorçunun ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı

Cəmiyyət Materials 14 İyun 2018 09:55 (UTC +04:00)
İmişli rayonunda qum-çınqıl karxanasında baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.
İmişlidə karxanada traktorçunun ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı

Bakı. Samir Əli - Trend:

İmişli rayonunda qum-çınqıl karxanasında baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, rayonun Şahverdili kəndi ərazisində Hüseynov Eldar Abı oğluna məxsus qum-çınqıl karxanasında rayonun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlu traktorun idarəetməsini itirərək karxana ərazisindəki kanala aşırıb. Nəticədə F.Məmmədov kanalda boğulub ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti