...

Beynəlxalq elmi müsabiqənin ən gənc qalibi (FOTO)

Cəmiyyət Materials 21 İyun 2018 20:17 (UTC +04:00)

Bakı. Trend:

UNEC-in I kurs tələbəsi Mirmehdi Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dəvəti ilə Albaniyanın paytaxtı Tiranada təşkil edilən mükafatlandırma mərasimində iştirak edib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirə “QDİƏT regionunda parlamentlərarası əməkdaşlığın 25 illiyi: Baxışlar və gələcək perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi müsabiqənin qalibi qismində qatılan M.Əhmədzadə iştirakçılar qarşısında mövzusu ilə bağlı təqdimatla çıxış edib. UNEC tələbəsinin çıxışı böyük maraqla qarşılanıb. O, “Qara Dəniz regionunda baxışlar və gələcək perspektivlər” beynəlxalq tələbə müsabiqəsində qazandığı uğura və parlaq çıxışına görə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyası (PABSEC) tərəfindən sertifikatla təltif edilib.

Qeyd edək ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan M.Əhmədzadə elmi müsabiqənin ən gənc və ilk azərbaycanlı qalibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti