...

Bu gün keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq

Cəmiyyət Materials 3 İyul 2018 18:09 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən buraxılış imtahanları başa çatıb.
Bu gün keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən buraxılış imtahanları başa çatıb.

DİM-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 57625 şagird (IX sinif üzrə 32795, XI sinif üzrə 24830) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb. İyulun 4-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

Nəticələr yaxın günlərdə elan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti