...

"Hesab.az" və “Wowoman Azerbaijan”ın təşkil etdiyi “Uğurun əks tərəfi” adlı seminar baş tutub

Cəmiyyət Materials 7 Avqust 2018 16:51 (UTC +04:00)
Spikerlər öz hekayələrini paylaşarkən canlı nümunə olaraqda hər kəsə stimul vermiş olublar
"Hesab.az" və “Wowoman Azerbaijan”ın təşkil etdiyi “Uğurun əks tərəfi” adlı seminar baş tutub

Bakı. Trend:

Qadınlar cəmiyyətin əsas sütunu, ayrılmaz bir hissəsidir və ümumilikdə gələcək nəsillərin daha sağlam düşüncəli yetişməsi üçün əsas yönverici amillərdəndir. Məlum olduğu kimi, indiki zamanda qadınlar gündəlik fəaliyyətlərdən tutmuş siyasi, iqtisadi, idman sahələrində öz kişi həmkarları ilə yan-yana çalışa, uğur əldə edə bilirlər. Maariflənmiş bir cəmiyyətdə bu heç də mümkünsüz deyil.

Hesab.az komandası buna bariz nümunədir. Şirkətdəki mövqelərin təxminən 40% -i qadın işçiləri ilə təmsil olunur. Burada qadınlar marketinq, mühasibat, informasiya texnologiyaları, müştəri xidməti şöbələrində fəaliyyət göstərirlər və bu kollektiv daxilində kişi həmkarları ilə peşəkar münasibətlərə əsasən sistemli iş prinsipində olduğu zaman daha uğurlu olur. İllər ərzində qazanılan təcrübələrə əsasən bu münasibətləri tənzimləmək heç də çətin olmayıb, əksinə daha da müsbət nəticələr əldə olunub.

Qeyd etmək istərdik ki, İdarə heyətinin sədri Naina Mehdiyeva, İdarə heyətinin üzvü və marketinq departamentinin rəhbəri Tuğba Uçar həm şirkət fəaliyyətləri ilə, həm də öz işçi heyətlərini idarə etməkdə əvəzolunmaz işlər görürlər. Naina xanım xüsusilə işçilər arasında daxili münasibətlərin tənzimlənməsinə və işçilərin tutduğu vəzifələrindən, cinsi mənsubiyyətlərindən asılı olmayaraq ədalətli şəkildə münasibət göstərilməsinə olduqca həssas yanaşır. İdarə etdiyi komandanın inkişaf etməsi, insanlara daha faydalı ola bilmələri üçün öz bilik və təcrübələrini onlarla bölüşür, üzləşdikləri çətinliklərin həll olumasında yaxından iştirak edir.

Trend-in məlumatına görə, Hesab.az-ın dəstəyi ilə keçirilən “WoWoman Azerbaijan” ilə birlikdə təşkil olunmuş “Uğurun əks tərəfi” adlı tədbirdə Hesab.az portalının məhsulların inkişafı və marketinq üzrə Baş direktoru və İdarə Heyətinin üzvü Tuğba Uçar, Sumqayıt Texnoloji Parkın Yerli və Beynəlxalq Satışlar üzrə Departament direktoru Çinarə Əliyeva və WoWoman Azərbaycanın direktoru Arzu Ağazamanova öz təcrübələrini və uğur qazanmaq yolunda qarşılaşdıqları çətinliklərdən danışıblar.

Başlıca olaraq isə bu gün əldə etdikləri nailiyyətlərə hansı çətinliklərlə sahib olduqlarını, uğurun görünməyən tərəfini və bu yolda qazandıqları təcrübələri tədbir iştirakçıları ilə bölüşüblər. Hər yaşda və istənilən peşə sahəsində əgər insan hədəflərini doğru müəyyən edir, bu yolda dayanmadan, yorulmadan və cəsarətlə irəlləməyi bacarırsa, uğur heç də əlçatmaz olmur. Bunu tədbirdə bir daha vurğulayan spikerlər öz hekayələrini paylaşarkən canlı nümunə olaraqda hər kəsə stimul vermiş olublar. Bütün cəmiyyətin rifahı və inkişafı üçün sosial məqsədli tədbirlər təşkil etmək, insanları bu mövzularda məlumatlandırmaq çox vacibdir. Bu mövzularda Hesab.az daim öz mövqeyini qoruyub saxlayır və keçirilən sosial tədbirlərdə yaxından iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti