...

Moskva Dövlət Universiteti Bakı filialının tələbələri MEK-i ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2018 16:38 (UTC +04:00)
Moskva Dövlət Universiteti Bakı filialının Kimya fakültəsinin rəhbəri Tatyana Bogatova və 1-ci kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasına ekskursiya ediblər.
Moskva Dövlət Universiteti Bakı filialının tələbələri MEK-i ziyarət ediblər (FOTO)

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının Kimya fakültəsinin rəhbəri Tatyana Bogatova və 1-ci kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər.

Tələbələr ekskursiyaya kitabxananın oxucuların qeydiyyatı bölməsindən başlayıblar. Sonra ziyarətçilər Sərgi salonunda Bakının erməni daşnak-rus bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunan, o cümlədən “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “Heydər Əliyev - 95” və digər mövzularda nümayiş olunan kitablarla tanış olublar. Eyni zamanda onlar MEK-in Diplomatik fondunu, Nadir kitab fondunu, Oxu zallarını da gəziblər, kitabxana haqqında ətraflı məlumat alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti