...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə 3 mindən çox vaqon və konteyner daşınıb (YENİLƏNİB)

Cəmiyyət Materials 12 Oktyabr 2018 10:53 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu ilə 3 mindən çox vaqon və konteyner daşınıb.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə 3 mindən çox vaqon və konteyner daşınıb (YENİLƏNİB)

Bakı. İlkin Şəfiyev - Trend:

Bakı-Tbilisi-Qars dəmir yolu ilə artıq 3 mindən çox vaqon və konteyner daşınıb.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, hazırda dəmir yolu marşrutu boyunca azərbaycanlı mütəxəssislərin də iştirak etdiyi işlər aparılır:

“Bəzi xırda işləri başa çatdırmaq lazımdır. Bunlar əsasən, yüklərin müəyyənləşdirilməsi, sərhəd-gömrük postlarının quraşdırılması və digər sərhəd məsələləri ilə əlaqədardır. Bu işlərdə 2 minə yaxın şəxs çalışır, onlardan 30 nəfəri azərbaycanlıdır. Onların sayı 500 nəfərdir və yüksək səviyyəli mütəxəssislərdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti