Azərbaycanın Əməkdar jurnalisti Yusif Kərimov vəfat edib

Azərbaycanın Əməkdar jurnalisti Yusif Kərimov vəfat edib

Bakı. Trend:

Azərbaycanın Əməkdar jurnalisti Yusif Kərimov vəfat edib.

Trend-in məlumatına görə, Azərbaycan Mətbuat Şurasının nekroloqunda deyilir:

"Azərbaycan jurnalistikasına, publisistikasına və ədəbiyyatına ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar jurnalisti Yusif Abbas oğlu Kərimov ömrünün 79-cu ilində dünyasını dəyişib. Bundan kədərlənir, mərhumun doğmalarının, əzizlərinin, yaxınlarının və dostlarının üzüntüsünü paylaşır, dərin hüznlə başsağlığı veririk.

Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə rayonunda anadan olub. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Tələbəlik illərindən aktual mövzularda yazıları, bədii nümunələri ilə seçilmiş Y.Kərimov peşəkar əmək fəaliyyətinə ölkənin avanqard dövri nəşri olan “Kommunist” ( indiki “Xalq qəzeti”) qəzetində başlayıb. Az sonra Beyləqan rayonunda nəşrə başlamış “Yüksəliş” rayonlararası qəzetinin redaksiyasına məsul katib göndərilib, eyni zamanda “Kommunist” qəzetinin xüsusi müxbiri vəzifəsini də yerinə yetirib. 1964-cü ildə “Bakı” axşam qəzeti redaksiyasına şöbə müdiri dəvət edilmiş istedadlı jurnalist 1973-cü ilədək paytaxtın bu nüfuzlu gündəlik nəşrində çalışıb.

Yusif Kərimov sonrakı 5 ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində televiziyanın gənclər üçün proqramlar baş redaksiyasında şöbə müdiri və baş redaktor işləyib. Jurnalistikadakı rəhbər vəzifələrdə özünü təşəbbüskar və məsuliyyətli yazar kimi doğrulmuş, ədəbi-publisistik yaradıcılığı ilə geniş auditoriyada tanınmış nasir-jurnalist 1978-1980-ci illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi jurnalist təhsili alıb.

Y.Kərimov 1980-ci ildə “Azərbaycan gəncləri” qəzetinə redaktor təyin edilib. 14 il respublikanın bu populyar nəşrinə bacarıqla rəhbərlik edib. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının mətbuat katibi, 1997-2001-ci illərdə isə Azərbaycan Respublikası Ticarət Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.

Yusif Kərimov təqaüdə çıxdıqdan sonra Bakı Dövlət Universistetinin jurnalistika fakültəsində müəllimlik fəaliyyətini davam etdirib, dəfələrlə jurnalistika üzrə dövlət imtahan komissiyasının sədri olub.

Azərbaycan Mətbuat Şurasının tərkibində ölkə jurnalistlərinin veteran təşkilatı kimi yaradılmış Ahıl Jurnalistlər Məclisinə 10 ilədək rəhbərlik etmiş Y.Kərimov yaşlı nəsil həmkarlarının sosial problemlərinin həllində, onların istimai-siyasi həyatda iştirakında səmərəli fəaliyyəti ilə örnək olub.

Uzun illər ədəbi yaradıcılığı jurnalistlik fəaliyyətilə paralel davam etdirmiş Yusif Kərimov bir sıra hekayə, povest və romanları ilə də tanınıb, ədəbi-bədii prosesin seçilmiş nümayəndələrindən birinə çevrilib. “Yollar... Axtarışlar”, “Bir buta gül”, “Tavridada şimşək çaxır”, “Üçbucaq”, “Gün ötər, geri dönməz”, “Qırmızı sahil”, “Lalə və kəpənək”, “Pərişan eşqim”, “İtkilər və ümidlər”, “İçimə açılan pəncərə”, “Qarabağ şikəstəsi”, “Sarı gəlin” kimi oçerk və məqalə topluları, müxtəlif janrlı nəsr əsərlərindən ibarət kitabları, çoxsaylı qəzet-jurnal yazıları, teleradio verilişləri, film ssenariləri və tərcümələri ustad jurnalistə geniş oxucu auditoriyası qazandırıb.

Yusif Kərimov gənc nasirlərin və jurnalistlərin milli ruhda yetişməsinə, püxtələşməsinə, yaradıcılıq uğurları qazanmasına qayğı göstərmiş, öz ardıcıllarını yetişdirmiş ədib və ziyalı kimi cəmiyyətdə böyük ehtiram qazanıb. Onun zəngin ədəbi-publisistik irsi ədəbiyyatımızın və jurnalistikamızın xəzinəsndə özünə layiqli yer tutur.

Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış nümayəndəsi, ustad yazar, yurdsevər ziyalı, fəal vətəndaş, səmimi insan, gözəl dost Yusif Kərimovun nurlu xatirəsi onu tanıyanların, qədirbilən insanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Sumqayıtda 13 bağ evindən oğurluq edən şəxslər saxlanıldı (FOTO)
Sumqayıtda 13 bağ evindən oğurluq edən şəxslər saxlanıldı (FOTO)
Türkiyədə Xocalı soyqırımının qurbanlarının xatirəsi anıldı (FOTO)
Türkiyədə Xocalı soyqırımının qurbanlarının xatirəsi anıldı (FOTO)
Bakıda ağır qəza - Yük maşını aşdı, 4 avtomobil toqquşdu (VİDEO)
Bakıda ağır qəza - Yük maşını aşdı, 4 avtomobil toqquşdu (VİDEO)
Loading Bars
Xəbər lenti
Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB)
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Lənkəranda 62 yaşlı qaynaqçının ölümü ilə bağlı cinayət işi başlandı
“Azerbaijan Airlines” jurnalının fotoqrafı AIPS mükafatının laureatı olub (FOTO)
İmtahanlarda zal nəzarətçisi olmaq üçün 1000-ə yaxın şəxs qeydiyyatdan keçdi
İranın qərbində zəlzələ olub
Peşə məktəblərinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirildi
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək
Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradılıb
Gündüz İsmayılov: Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Azərbaycanla Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər
Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici videoçarx
Nəsimi rayonunda maşın piyadanı vurub öldürdü
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi
Sumqayıtda 13 bağ evindən oğurluq edən şəxslər saxlanıldı (FOTO)
Ötən il Azərbaycanda su hövzələrinə və anbarlarına 131 milyondan çox balıq körpələri buraxılıb
Pərvin Kərimzadə: Prezident İlham Əliyev Münxen debatında ermənilərə tarixi və siyasi dərs keçdi
Avtomobilini hasara çırpan sürücü öldü
Türkiyədə Xocalı soyqırımının qurbanlarının xatirəsi anıldı (FOTO)
Vəkil Yunis Səfərovun işinə Gəncə məhkəməsinin baxmasına etiraz etdi
Cəlil Xəlilov: Münxen debatı Prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməlidir
Bakıda ağır qəza - Yük maşını aşdı, 4 avtomobil toqquşdu (VİDEO)
WWF rəsmisi: Azərbaycanda ova qadağanın qoyulması qeyri-qanuni yollara əl atmalara səbəb olar
Şəmkirdə qəza: 2 nəfər öldü, 1 nəfər yaralandı
Goranboyda quşçuluq sexi yanıb
Ötən gün yol qəzalarında 5 nəfər ölüb
Türkiyədə məktəbə silahlı hücum - Yaralılar var
Azərbaycanda qızıl və gümüş bahalaşdı
Naqif Həmzəyev: Münxen debatı Ermənistanın acizliyinin nümayişi oldu
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
Azərbaycanın Türkiyəyə göstərdiyi dəstək əvəzsizdir – Türkiyəli diplomat
Sabahın hava proqnozu açıqlandı
Qusarda narkotik satan şəxslər ifşa edildi (FOTO)
Səbaildə piyada ölümü ilə nəticələnən qəza olub
Uşaqlarda artıq çəki – onun sağlam inkşaf etdiyinin göstəricisi deyil
Paşinyan Azərbaycan Prezidentinin yanında aciz görünürdü - Professor
Toy kortejində olan "Lamborghini" külə döndü (VİDEO)
Hərbi alpinistlərimiz “Xocalıya ədalət!” ekspedisiyasında iştirak edirlər (FOTO/VİDEO)
Zaqatalada evdən oğurluq edən dəstə üzvləri saxlanılıb
ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir
Almaniyada Azərbaycan futbol klubu fəaliyyətə başladı (FOTO)
U-21 komandasının Bakıda təlim-məşq toplanışı başlayıb
Xətai rayonunda binalarda 147 köhnə lift yenisi ilə əvəzlənib
Azərbaycan nefti bahalaşıb
Xəzərin sahili sintetik torlardan təmizlənib (FOTO)
İİTKM-də İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti ilə görüş keçirilib (FOTO)
Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfransın Bəyannaməsi qəbul olunub (FOTO)
Bakı Ali Neft Məktəbi Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başladı (FOTO)
Bakı polisi atılmış 7 azyaşlını uşaq evinə təhvil verdi
Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlığa başlayır (FOTO)
Bakıda daha bir marşruta yeni avtobuslar verildi (FOTO)
İmtahandan uğurla keçənlərin sertifikat əldə etməsi üçün qeydiyyat başlanıb
Balakəndə yeni kəndlərarası yolun yenidən qurulmasına start verilib (FOTO)
Aydın Səfixanlı: Paşinyanın çıxışları Prezident İlham Əliyevdə, panel iştirakçılarında gülüş doğururdu
Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb
Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasının əsas səbəbləri açıqlanıb
Bakıda "Hyundai" və “Mercedes” toqquşdu - 1 yaralı var
Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı
Bakıda koronavirusla bağlı xəstəxanada 2 nəfər saxlanılır
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 23 dəfə
Fevralın 17-də xarici valyutaların manata qarşı məzənnələri
Aydın Mirzəzadə: Prezident İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi
“Berlinale” film festivalı nasistlərlə əlaqəsinə görə Alfred Bauer mükafatını ləğv etdi
Meksika mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub
NASA ən hündürdə olan buludların şəkillərini nümayiş etdirib (FOTO)
Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi
Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürülüb
Şimali Makedoniya parlamenti buraxıldı
Rusiya və Türkiyə diplomatları və hərbçiləri Moskvada İdlibdəki vəziyyəti müzakirə edəcəklər
Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1696 nəfərə çatdı
Salyanda mina tapılıb (FOTO)
Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər var
Azərbaycanın sərbəst güləş üzrə komandası Avropa ikincisi oldu
BƏƏ-də koronavirusa yeni yoluxma hadisəsi qeydə alındı
Avropa çempionatında güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək bürünc medal qazandı
Sərbəst güləşçi Aslanbek Alborov Avropa çempionatının bürünc medalını qazandı
Yarışlardan təəssüratlar yaxşıdır, xüsusən də evə medalla geri döndüyüm üçün - Belarus idmançısı
Fransanın cənubunda turist təyyarəsi qəzaya uğrayıb
Tamaşaçı: Belə möhtəşəm yarışların ölkədə keçirilməsi əladır
Bakıda fərdi evdə yanğın olub
Fransada mövsümi işçilər işsizlikdən sığorta islahatına qarşı çıxdılar
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 16.02.2020 tarixli bölüm
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı Minsk Qrupu həmsədrləri və dünya gücləri qarşısında çıxılmaz duruma saldı
Elmar Məmmədyarov Belçikaya səfərə yollanıb
Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb
Sevil Mikayılova: Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin tarixi saxtakarlığını tutarlı faktlar və sənədlərlə bir daha ifşa etdi
İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib
Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin qızıl medalını qazanıb
Şamaxıda zəlzələ olub
Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır – Siyavuş Novruzov
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı artıb
Bakıda qanunsuz piket cəhdi bəzi radikalların xarici sifariş yerinə yetirdiklərinin göstəricisidir - Bəhruz Quliyev
Elxan Ələsgərov: Paşinyan Dağlıq Qarabağla bağlı növbəti təbliğat yalanına əl atdı
Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü
Bakıda MSK qarşısında toplaşmağa cəhd edənlər ərazidən uzaqlaşdırılıb
Dünya Kuboku çərçivəsində batut gimnastikası üzrə sinxron cütlüklər yarışında qaliblər mükafatlandırılıb (FOTO)
Dünya bazarında neftin qiymətinin sabit qalmasında Azərbaycanın müstəsna rolu var - Politoloq
Buraxılış və sınaq imtahanları başa çatıb
Belarus gimnastlar kişilər arasında sinxron cütlüklərin yarışında qalib gəliblər
Bütün xəbərlər