...

“Azərbaycanın intellektual birİncisi”nin şimal bölgəsi üzrə qalibləri müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2018 22:18 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin şimal bölgəsi üzrə qalibləri müəyyələşib.
“Azərbaycanın intellektual birİncisi”nin şimal bölgəsi üzrə qalibləri müəyyənləşib (FOTO)

Bakı. Trend:

Üçüncü mövsümdür ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin şimal bölgəsi üzrə qalibləri müəyyənləşib.

Trend-in məlumatına görə, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin şimal bölgəsi üzrə zona turniri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Möhbalayev, “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxış edib və layihə iştirakçılarına uğurlar arzulayıblar.

Rəsmi hissə bitdikdən sonra Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba-Xaçmaz zona turniri baş tutub.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Şabran, “Axtar tap” intellektual oyununda Xaçmaz, “Xəmsə” intellektual oyununda Quba rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər Mərkəzində keçirilir.

Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaq.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti