...

“İrəli” intellektual yarışların regional turnirlərinə start verib (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2018 02:38 (UTC +04:00)
“Azərbaycan İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
“İrəli” intellektual yarışların regional turnirlərinə start verib (FOTO)

Bakı. Trend:

“Azərbaycan İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

"İrəli” İctimai Birliyindən Trend-ə verilən məlumata görə, layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

03.11.18 tarixində “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Yuxarı Qarabağ iqtisadi rayonu üzrə zona turnirinin açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Tərtər rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Elvin Umudov, “İrəli” İctimai Birliyinin Baş Katibi Şahin Rəhmanlı çıxış edib və layihə iştirakçılarına uğur arzulayıblar. Rəsmi hissə bitdikdən sonra Ağdam və Tərtər rayonlarının gənc intellektuallarının iştirakı ilə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə zona turniri keçirilib.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Ağdam, “Axtar tap”, “Xəmsə” intellektual oyununda Tərtər rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər Mərkəzində keçirilir.

Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaq.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti