...

“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların Abşeron iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2018 01:45 (UTC +04:00)
“Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların Abşeron iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib (FOTO)

Bakı. Trend:

“Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

"İrəli” İctimai Birliyindən Trend-ə verilən məlumata görə, layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

04.11.18 tarixində “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Abşeron iqtisadi rayonu üzrə zona turnirinin açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra rəsmilər çıxış edib. Sumqayıt şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Fərman Kazımov, "İrəli" İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar. Rəsmi hissə bitdikdən sonra Abşeron, Xızı, Sumqayıt şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Abşeron iqtisadi rayonu üzrə zona turniri keçirilib.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə “Vətəni tanı” intellektual oyununda Sumqayıt, “Axtar-tap”, “Xəmsə”, "Nə? Harada? Nə zaman? intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gənc iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər Mərkəzində keçirilir. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır. “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti